Yamal Avropa çempionatları tarixində fərqlənən ən gənc futbolçu oldu
İspaniya millisinin üzvü Lamin Yamal futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, AÇ-2024-ün yarımfinal mərhələsinin Fransa ilə görüşündə fərqlənən 16 yaşlı hücumçu Avropa çempionatları tarixində qol vuran ən gənc futbolçu olub.
Yamal bununla da AÇ-2004-də İsveçrə millisinin heyətində 18 yaşında rəqib qapısına yol tapan Yohan Vonlantenun rekordunu yeniləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin