Yalan məlumat verən klub rəsmisinə 3 aylıq cəza
Fransa futbolunda klubların maliyyə hesabatlarını araşdıran “DNCG” şirkəti “Lill”in icraçı direktoru Mark İnqlanı cəzalandırıb.
Komanda.az xəbər verir ki, İnqla 3 aylıq diskvalifikasiya edilib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. İnqla, “Lill” klubunun maliyyə və hüquqi hesabatları barədə “DNCG”-yə yalan məlumat verməkdə ittiham edilir.
İnqlanın “Lill” rəsmisi olaraq 3 ay müddətinə bütün idman tədbirlərində iştirakı qadağan edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin