“Xoşlamadığım elementlər oldu” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi”yə qarşı keçirilmiş ilk oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərlər üçün maraqlı oyun oldu. İlk matç idi. Rəqibin əvvəlki müsahibələrinə qulaq asmışdıq, istəkli idilər. Biz də ciddi yanaşmışdıq. İki fərqli hissə oldu. İlk yarıda üç qol vursaq da, ikinci yarıda qol epizodlarımız daha çox idi. Amma həmin epizodlara qeyri-ciddi yanaşmaqlarına görə narazı qaldım. İndi də futbolçularımla söhbətim oldu. Fikirlərimi bildirdm. Oyunlara baxıb, epizodları daha geniş müzakirə edəcəyik. Bu günə qədər çox gərgin oyunlar keçiriblər. Fiziki və psixoloji yorğunluq var. Bu bizim işimizdir. Hər oyuna ciddi yanaşmalı, keyfiyyətimizi qoruyub-saxlamalıyıq. Bu oyunun bizə nəticə baxımından və digər detallar yönündən yaxşı faydası olacaq. “Neftçi”yə uğurlar arzulayıram. Stadionda əsl aristokrat azarkeşlər var idi.

Toral Bayramov yaxşı oyun göstərdi. Əvvəllər də o mövqedə onu oynatmışıq. Əslində, o, əvvəllər bu mövqedə oynayıb. O bacarıq onda var. Bu gün daha keyfiyyətli oynayır. Amma qollara baxsaq, fərqli düşünərik. Ancaq digər epizodlara baxsaq, mövqe səhvləri var idi. Daha da bərk olmalıdır. Bunu mütləq bacarmalı, yaxşılaşdırmalıdır. Onu meydana əsas heyətdə buraxdıq, düzgün yararlana bildik. Daha diqqətli, məsuliyyətli olmalıdır.

Həmişə yaxşı qələbə komandaya inam verir, komandanın gücünü göstərir. Biz həm qalib gəldik, həm də xoşlamadığım elementlər oldu. Onları da müzakirə edəcəyik ki, futbolçular daha məsuliyyətli olsun. Ancaq pozitiv düşünürəm. “Neftçi” kimi komandaya qarşı qələbənin faydası çox olacaq”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button