“Xoşbəxt və motivasiyalıyam” – “Qarabağ”ın yeni transferi

“Qarabağ”ın yeni transferi Mateus da Silva “instaqram” səhifəsində paylaşım edib.

Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu öncə “Lokomotiv”lə (Plovdiv) vidalaşıb, Bolqarıstan klubuna təşəkkür edib. O, sonrakı paylaşımında isə “Qarabağ”a keçidinə görə xoşbəxt olduğunu yazıb:

“Bu gün böyük klub olan “Lokomotiv”lə vidalaşıram. Hər zaman çox xoşbəxt olduğum və əbədi olaraq mənimlə qalacaq, çoxlu dostlar qazandığım yerdəydim. Klubun prezidentinə, texniki işçilərinə, heç bir şeyin əskik olmamasına zəmanət verən bütün işçilərə təşəkkür edirəm. Bizi hər zaman dəstəkləyən, mənə hər zaman xüsusi sevgi göstərən bütün “Lokomotiv” azarkeşlərinə təşəkkür etmək istəyirəm. Siz klub üçün çox özəlsiz.

Həyatımda Allahın planlarından birini yerinə yetirmək üçün xoşbəxt və motivasiyalıyam”.

“Qarabağ” Mateusla 2+2 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button