Ten Haq: “Xoşbəxtəm”
“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq UEFA Avropa Liqasının 1/8 finalının “Betis”lə cavab qarşılaşmasından sonra (1:0) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının yaxşı çıxış etdiyini bildirib:
“Betis” yaxşı komandadır. Onların “Real” və “Barselona” ilə matçlarda oyununu izləmişdim. Biz hər iki qarşılaşmada onları məğlub etdik. Xoşbəxtəm. Yaxşı çıxış etdiyimizi düşünürəm. Fasilədən sonra topa sahib olduq. Daha sonra qol epizodları yaratdıq. Bütün futbolçularım yaxşı çıxış etdi.
Oyunlarda iştirak edən bütün futbolçular öz işlərinin öhdəsindən gəlib, yaxşı nəticələr göstərə bilərlər. Ona görə də, bizim təkcə 11 futbolçumuz yox, bütöv klubumuz var”.
Niderlandlı mütəxəssis uruqvaylı futbolu Fakundo Pellistri barədə də danışıb:
“O, matça yaxşı qoşuldu. Məşqdə də yaxşı işlər görürdü. Oyuna sonradan qoşulsa da, çıxışından razı qaldım”.
İki oyunun nəticəsinə əsasən, “qırmızı şeytanlar” “Betis”i 5:1 hesabı ilə məğlub edib və turnirin 1/4 finalına çıxıb.
Bizi Facebook-da izləyin