Xorvatiya mətbuatı: “Mahirin nəyə qadir olduğu bizə maraqlıdır”
Xorvatiyanın “Jutarnji List” nəşri Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su ilə bağlı material hazırlayıb.
Komanda.az xəbər verir ki, yazıda Mahirdən də bəhs edilib:
“Dinamo”nun beş futbolçusu digər yerli klubların hər birində əsas heyətdə oynaya bilərdi. Amma onlar hələ komandada lazımi şans qazanmayıblar. Onlardan biri də Mahir Emrelidir. Mahirin nəyə qadir olduğu bizə maraqlıdır. O, baş məşqçi Jelko Kopiçin dediyi kimi, hələ tam hazır deyil. Bu səbəbdən, məşqçi hələlik ondan istifadə etməyib. Amma məşqlərin və oyunların sayı artdıqca Emrelinin özünü sübut etmək üçün imkanlarının olacağını gözləmək məntiqlidir. Deyirlər ki, Mahir Emreli kifayət qədər hazır olmadığı üçün son turda “Osiyek”lə matçda şans qazana bilmədi. Azərbaycanlı hücumçu “Dinamo”ya keçməmişdən əvvəl qış hazırlıq mərhələsini tamamilə boşa verib. Amma ola bilsin ki, onu hələlik 20 dəqiqə meydana buraxmaq mümkün olar və bu da komandanın effektliyini artırmaq üçün kifayət etsin”.
Mahir Emreli hələ ki, Xorvatiya çempionatında debüt etməyib.
Zaqreb “Dinamo”su bu gün “Sibenik”i sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bizi Facebook-da izləyin