Xorvatiya mətbuatı Mahirin “Dinamo”dakı maaşını açıqladı

Xorvatiya mətbuatı Mahir Emrelinin vaxtı ilə “Dinamo”da forma geyinərkən aldığı maaşı açıqlayıb.

Komanda.az “Germanijak”-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Zaqreb klubunda ildə 620 min avrodan çox (1 milyon 140 min manatdan çox) qazanıb.

Emreli 2022-ci il fevral ayından “Dinamo”da oynayırdı. O, bu ilin avqustunda Almaniyanın “Nürnberq” klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button