“Xırdalan” uzun fasilədən sonra qələbə qazandı
Azərbaycan Basketbol Liqasında 7-ci turun növbəti oyunları keçirilib.
Komanda.az xəbər veri rki, “Sərhədçi” İdman Mərkəzində baş tutan günün ilk oyununda iki debütant – “Xəzri” və “Sumqayıt” üz-üzə gəliblər.
Liderlər qrupunda qərarlaşan “Xəzri” rəqibi üzərində 95:85 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Xəzri”dən Cordan Perkins (19 xal, 12 asist, 11 ribaund), “Sumqayıt”dan isə Smit Roderik (19 xal, 8 ribaund) olublar.
Günün ikinci görüşündə yerli “Sərhədçi” ilə “Xırdalan” qarşılaşıblar. Rəqibini 79:57 hesabı ilə məğlub edən “Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb. “Sərhədçi”dən Cekson Rid (13 xal, 4 asist), “Xırdalan”dan isə Cakori Arçi (21 xal, 3 ribaund) ən məhsuldar basketbolçular olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin