Xaviyə yeni müqavilə təklif olunacaq
“Barselona” klubu baş məşqçisi Xavini postunda saxlamaq istəyir.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 43 yaşlı mütəxəssisə mövsümün sonunda yeni müqavilə təklif edəcək.
“Barsa” rəhbərliyi Xavi ilə 2024-cü ilin yayında başa çatacaq müqaviləni uzun müddətə artırmaq niyyətindədir.
Xavi 2021-ci ildə “Barselona”nın “sükanı arxasına” keçib. O, komanda ilə İspaniya superkubokunu qazanıb.
“Barselona” hazırda La Liqada 59 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Real”ı 8 xal qabaqlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin