“Barselona” ilə Xavi arasında problem

“Barselona”nın baş məşqçisi Xavi klubla müqaviləsinin uzadılması ilə bağlı danışıqlar apararkən problemlə üzləşib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, təkcə özünün yox, köməkçilərinin də maaşının artırılmasını istəyir.

Lakin klub rəhbərliyi hesab edir ki, Xavi öz artan maaşı hesabına köməkçilərinə daha çox pul ödəməlidir.

Xavinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

“Barselona” 2022/23 mövsümündə İspaniya La Liqasını çempion kimi başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button