Xavidən milli komandaların oyunları ilə bağlı təklif
“Barselona”nın baş məşqçisi Xavi milli komandaların bütün oyunlarının bir beynəlxalq fasilədə keçirilməsini təklif edib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi “Malyorka” ilə La Liqanın son turunun oyunundan əvvəl “milli komandalarda futbolçuların zədələnməsinin qarşısını necə almaq olar” sualını cavablandırıb:
“Çətindir. FİFA-nın iki ildən bir dünya çempionatı keçirmək planı var və bu, mübahisəlidir. Amma təqvimin belə bir versiyası da var ki, milli komandalar bir yerə toplaşıb ay yarım oynayırlar. Bundan sonra klublar oyunçuları mövsümün sonuna kimi qəbul edir. Düşünürəm ki, bu, yaxşı qərar olardı. Amma bu, məndən asılı deyil”.
Xatırladaq ki, Kataloniya klubunun futbolçuları Ronald Arauxo, Jül Kunde, Frenki de Yonq və Memfis Depay La Liqanın 7-ci turunun “Malyorka” ilə oyununda (0:1) milli komandalarda aldıqları zədə səbəbindən meydana çıxmayıb.
La Liqanın 7 turundan sonra “Barselona” 19 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.
Bizi Facebook-da izləyin