Xavi “satqın” axtarışına çıxıb
“Barselona”nın baş məşqçisi Xavi klubdan jurnalistlərə məlumat sızdıran şəxsin axtarışına çıxıb.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis messencerlərdən birində işçi profillərini yoxlayıb. O, jurnalistlərlə də əlaqə saxlayır. Xavi jurnalistlərə zəng edərək, məlumat əldə etdikləri mənbələri soruşub.
Klubun xəbərlərini çatdıran şəxs hələ müəyyən edilməyib. Lakin sözügedən şəxsin sızdırdığı xəbərlərin doğru olduğu vurğulanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin