Xavi “Vilyarreal”ın futbolçusunu istəyir
“Barselona”nın baş məşqçisi Xavi “Vilyarreal”ın yarımmüdafiəçisi Aleks Baenanı komandasında görmək istəyir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis yarımmüdafiəçinin ötürmə qabiliyyətini və texnikasını yüksək qiymətləndirir.
Son vaxtlar tez-tez əzələ zədələrindən əziyyət çəkən Pedrinin yükünü azaltmaq üçün bu transfer Kataloniya klubunun baş məşqçisinə lazımdır.
Baena bu mövsüm La Liqanın dörd oyununda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin