Xavi sevinir

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 32-ci turunun “Betis”lə qarşılaşmasını (4:0) dəyərləndirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, titul qazanmaq yolunda daha bir addım atdıqlarını söyləyib:

“Erkən qol vuraraq matça yaxşı başladıq. Rəqib azlıqda qaldı. Sevinirəm ki, komandanı yenidən qura bildik və çempionluq yolunda daha bir addım atdıq.

Edqar Qonzalesin (“Betis”in müdafiəçisi) iki dəfə sarı vərəqə alması mənə aydındır. Xüsusilə də, ikinci vərəqə”.

Kataloniyalılar oyunun 33-cü dəqiqəsindən sonra meydanda say üstünlüyünə sahib olublar. “Betis”in futbolçusu Qonzales qırmızı vərəqə alaraq meydançanı vaxtından tez tərk edib.

“Barsa” hazırda İspaniya çempionatının turnir cədvəlində 79 xalla 1-ci, “Betis” isə 49 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button