“Rafinya “Napoli” ilə oyuna hazır olmalıdır” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 28-ci turunun “Malyorka” ilə oyununda (1:0) zədələnən yarımmüdafiəçi Rafinyanın 37-ci dəqiqədə zədələnərək əvəzlənməsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi Rafinyanın ciddi zədələnmədiyini bildirib:
“Söhbət ciddi zədədən yox, sadəcə zərbədən gedir. Rafinya mənə dedi ki, yalnız qançır olub. Ona görə də, Çempionlar Liqasında “Napoli” ilə oyuna hazır olmalıdır”.
“Barselona” martın 12-də ÇL-in 1/8 final mərhələsinin cavab oyununda “Napoli” ilə qarşılaşacaq. İtaliyada baş tutan ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Rafinya bu mövsüm bütün yarışlarda 26 matçda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin