Xavi: “Serxi Roberto hər şeydə nümunə idi”
“Barselona”nın keçmiş baş məşqçisi Xavi Serxi Robertonun klubdan getməsinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiənin sağ cinahında və yarımmüdafiənin mərkəzində oynamağı bacaran 32 yaşlı futbolçu doğma klubu ilə rəsmən vidalaşıb.
“Barselona” sabiq kapitanın gedişinə həsr olunmuş videoçarx yayıb. Onun gedişi Xavi də daxil olmaqla “Barsa”nın tanınmış simaları tərəfindən şərh edilib. Xavi, keçmiş futbolçusunu nümunəvi biri kimi xarakterizə edib:
“Roberto hər şeydə nümunə idi”.
Serxi Roberto “Barselona”da ümumilikdə 18 il keçirib. Onun Kataloniya klubu ilə müqaviləsi iyulda başa çatıb. Futbolçunun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil.
Xavi may ayında “Barselona”nın baş məşqçisi vəzifəsindən gedib.
Bizi Facebook-da izləyin