Xavi İran problemini həll etdi

“Barselona”nın baş məşqçisi Xavi Amerika turunda komandaya qoşulub.

Komanda.az kataloniyalıların rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bürokratik problemləri həll etməyi bacarıb.

Xavi problemləri şəxsən həll etmək və ABŞ-a səfər edə bilmək üçün həftənin əvvəlində Madridə gedib. Bundan əvvəl onun əvvəllər İranda səfərdə olmasına görə Amerikaya viza almaqda çətinlik çəkdiyi bildirilirdi. Xavi Qətərin “Əs-Sədd” klubunda olarkən İrana üç dəfə səfər edib.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button