Xavi gedir, o gəlir
“Barselona”nın Çempionlar Liqasından kənarda qalmasından sonra Xavinin baş məşqçi postunda qalmaq şansı aşağıdır.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubundakı vəziyyətə həsr olunmuş məqalə dərc olunub. Məqalədə deyilir ki, yayda böyük ehtimalla, “Barselona”nı Rafael Markez çalışdıracaq. Hazırda gənc mütəxəssis “Barsa”nın ehtiyat komandasına rəhbərlik edir. Markezin namizədliyini “Barselona”nın idman direktoru Deku da dəstəkləyir.
“Barselona” növbəti matçını aprelin 21-də, La Liqa çərçivəsində səfərdə “Real”a qarşı keçirəcək.
Xavi daha əvvəl mövsümün sonunda “Barsa”dan ayrılacağını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin