Xavi Fatinin atasının cavabını verdi
“Barselona”nın baş məşqçisi Xavi komandanın hücumçusu Ansu Fatinin atası Bori Fatinin sözlərinə münasibət bildirib.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Xavi, Ansunun qayğısına qaldığını deyib:
“Ansu Fati sakit və diqqətlidir. Mən yalnız onun qayğısına qalıram, atası və ya ətrafı yox. O, oğlu üçün narahatdır, mən də onu başa düşürəm. Ansuya tam güvənirəm. Onunla dəfələrlə danışmışam, dəfələrlə görüşmüşəm, eləcə də bir çox başqa futbolçularla. Onun uğur qazanmasını istəyən birinci mənəm”.
Hücumçunun atası oğlunun komandadakı rolundan narazı olduğunu bildirmişdi.
Fati “Barselona”nın yetirməsidir. 20 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
O, 2022/23 mövsümündə komandanın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin