“Bu oğlan “Barselona”nın bu günü və gələcəyidir”
“Barselona”nın baş məşqçisi Xavi komandanın vingeri Lamin Yamalın çıxışı haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, 16 yaşlı həmyerlisini Lionel Messi ilə müqayisə etməyəcəyini bildirib:
“Biz Lamini Messi ilə müqayisə etməyəcəyik. Yamal tamam başqa futbolçudur. Onu təkbətək mübarizələrdə dayandırmaq çox çətindir. O, bir neçə rəqib oyunçunu özünə çəkir. Bu oğlan “Barselona”nın bu günü və gələcəyidir”.
İspaniyalı futbolçu La Liqanın cari mövsümündə 31 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2023-cü ilin yayından əsas komandada çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin