Xavini qovacaqlar?

“Barselona”nın baş məşqçisi Xavi postunda qalacaq.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməsə də, klub rəhbərliyi 42 yaşlı ispaniyalını qovmaq fikrində deyil. Klub gələcəkdə Xaviyə ümid edir.

Xavi 2021-ci ildən “Barselona”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ötən mövsüm İspaniya çempionatında ikinci yeri tutub. “Barsa” Xaviylə həm ötən mövsüm, həm də cari mövsümdə Çempionlar Liqasında qrupdan çıxa bilməyib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button