Xavi “Barselona” ilə müqaviləsini niyə yeniləmir?

“Barselona”nın baş məşqçisi Xavi məşqçi heyətinin maaşları ilə bağlı fikir ayrılıqları səbəbindən klubla müqaviləsini hələ yeniləməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məşqçi heyətinin hər bir üzvünün maaşının artırılmasında israr edir. Lakin klub rəhbərliyi bu mövzunu müzakirə etmək istəmir.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Ötən mövsüm o, kataloniyalılarla İspaniya superkubokunda və La Liqada çempion olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button