“Barselona” futbolçusunu geri qaytarmaq istəyir

2022/23 mövsümünü icarə əsasında “Valensiya”da keçirən “Barselona”nın yarımmüdafiəçisi Niko Qonzales müqavilə ilə məxsus olduğu kluba qayıda bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Xavi 21 yaşlı futbolçunun durumunu dəyərləndirmək üçün mövsümöncəsi məşqlərdə onun çıxışını izləmək istəyir. İspaniyalı mütəxəssis Niko Qonzalesi Frenki de Yonqun əvəzləyicisi kimi görür.

Qonzaleslə “Betis”, “Valensiya”, “Portu” və “Vulverhempton” klubları da maraqlanır. Bir neçə həftədən sonra onun taleyi ilə bağlı dəqiq qərar veriləcək.

O, 2022/23 mövsümündə “Valensiya”nın heyətində 26 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button