Xarici KİV: Ronaldo bu gün “Napoli”yə keçə bilər

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasını tərk edərək, karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalıya “Napoli”dən icarə təklifi var və müqavilə bu gün, transfer pəncərəsinin son saatlarında bağlana bilər. Kriştianonun “Napoli”dən başqa variantı yoxdur.

Daha əvvəl “Mançester Yunayted”in futbolçularının Ronaldonun komandadan getməsinin tərəfdarı olduğu bildirilirdi.

Ronaldo İngiltərə Premyer Liqasının cari mövsümündə 4 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button