Xarici KİV: PSJ Messi ilə yeni müqavilə bağlamayacaq

PSJ hücumçusu Lionel Messi ilə müqaviləni yeniləməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Bildirilir ki, argentinalı forvardın klubdakı gələcəyinə təsir edən amillərdən biri komandanın məşqi zamanı Səudiyyə Ərəbistanına səfəri ilə bağlı qalmaqal olub.

Daha əvvəl Fransa mətbuatı klubun futbolçuu iki həftəlik məşqlərdən kənarlaşdırdığını yazmışdı.

Əvvəlcə Messinin PSJ rəhbərliyi ilə Səudiyyə Ərəbistanına səfəri razılaşdırılsa da, komanda Fransa çempionatının 33-cü turunun matçında “Loryan”a uduzduğu üçün (1:3) məşq bazar ertəsi gününə təyin edilib. Messi isə səfərlə bağlı planlarını ləğv etməyib. O, Səudiyyə Ərəbistanının turizm səfiridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button