“Xarı bülbül”ün kapitanı buna görə cəzalandı

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) Nizam-intizam komissiyasının iclası keçirilib.

Komanda.az xəbər verir ki, toplantıda Hakimlər kollegiyasının fevralın 10-da AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciətə baxılıb.

Müraciətdə kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 5-ci tur çərçivəsində keçirilmiş “Xarı bülbül” – “Neftçi” qarşılaşmasında nizam-intizam qaydalarının pozulduğu bildirilmiş, bununla bağlı müvafiq qərar verilməsi xahiş olunmuşdu.

Bu gün keçirilən iclasda yuxarıda vurğulanan oyunda “Xarı bülbül” komandasının kapitanı İlqar İmamquliyevin nizam-intizam qaydalarını pozduğu və qeyri-etik hərəkətlərə yol verdiyi bildirilib. Bütün bunları nəzərə alaraq AVF-nin reqlamentinə əsasən İlqar İmamquliyevə xəbərdarlıq edilib və 2 oyunluq şərti cəza verilib.

Xatırladaq ki, Hakimlər kollegiyasının AVF-yə müraciəti fevralın 10-da edilib və həmin gün keçirilməsi nəzərdə tutulan 6-cı turun “Xarı bülbül” – “Murov” matçı da təxirə salınıb. Bu qarşılaşmanın vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button