“Xal fərqi çox olsa da, futbolçular ritmdən düşməli deyil” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:1 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Çox istəkli komandaya qarşı oynadıq. Bəlkə də, tam istədiyimiz kimi matça nəzarət edə bilmədik. Futbolçuları təbrik edirəm. Azarkeşlər üçün də yaxşı görüş oldu. Stadionda yaxşı ab-hava var idi. Rəqibin itirəcəyi bir şeyi olmadığı üçün son dəqiqələrdə irəli atılmışdı. Çempionatda xal fərqi 23 olsa da, futbolçu ritmdən düşməli deyil. Hansısa oyunçunun təcrübəsinin azalmasını da istəmərəm. Potensiallı gənclərə növbəti qarşılaşmalarda şans verə bilərəm”.

Qurbanov növbəti matçlara da daha ciddi şəkildə hazırlaşacaqlarını sözlərinə əlavə edib. Təcrübəli baş məşqçi rəqib azarkeşlərə təşəkkür edib və “Neftçi”yə hər zaman hörmətinin olduğunu söyləyib.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button