“Xəzər Lənkəran”ın keçmiş hücumçusu Türkiyə klubunda
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Mbilla Etamenin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu Türkiyənin “Adanaspor” klubuna transfer olunub. Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Etameylə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Kamerunlu futbolçu 2013/14 mövsümündə “Xəzər Lənkəran”da forma geyinmişdi. O, Lənkəran təmsilçisində 35 oyunda 11 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin