Xəyallarım reallaşdı – “Barselona”nın yeni transferi

“Barselona”nın yeni transferi Kevin-Prins Boatenq klubun saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, qanalı futbolçu ən böyük arzusunun Kataloniya təmsilçisində oynamaq olduğunu deyib:

“Çox şadam. Burda olmaqdan çox məmnunam. Bu, mənim üçün əla şansdır. Hər kəsin futbola başlayanda ən böyük arzusu “Barselona” kimi bir klubda oynamaq olur.

Xəyallarım reallaşdı. “Barselona” üçün əlimdən gələni edəcəm. Burda nəyə qadir olduğumu, nələri bacardığımı hamıya göstərəcəm”.

“Barselona” Kevin-Prins Boatenqi “Sassuolo”dan mövsümün sonuna qədər icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button