Vüqar Məmməd “Neftçi”yə məğlubiyyəti şərh etdi
“Səbail”in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi”ni təbrik edirəm. Ağır oyun olacağını bilirdik. Rəqib 3 görüşdə məğlub olmuşdu. Bizə hər qarşılaşma çətin olur. Bacardığımız qədər yaxşı hazırlaşmaq istəyirdik. Futbolçularımız əllərindən gələni etdilər. Növbəti matça hazırlaşacağıq.
Rahid Əmirquliyev bizim kapitanımızdır. Ona istirahət vermək istəyirdik. Bu səbəbdən sonradan oyuna girdi. Ruslan Hacıyevin isə ikinci yarıda meydana daxil olması taktiki gedişlə bağlı idi.
Kamran Ağayevin görüşün sonunda tez paltardəyişmə otağına yollanmasına gəlincə, bu, zədəylə bağlıdır. Onun epizoduna yaxın idim. “Neftçi”nin futbolçusu həmin vaxt üzr istəməli idi. Amma gülərək çıxıb getdi. İndi Kamran Ağayevin qaş nahiyəsində çat əmələ gəlib. Ağayev artıq sakitləşib”.
Bizi Facebook-da izləyin