Voleybol: Azərbaycan milliləri Qızıl Avropa Liqasında iştirak edəcəklər
Voleybol üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milliləri Qızıl Avropa Liqasında iştirak edəcəklər.
Komanda.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi yeni qaydalara uyğun olaraq, iştirakçılar reytinqə əsasən liqalara bölünüblər.
Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli yığmalar isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.
Reytinq cədvəlində 20-ci olan qadınlardan ibarət Azərbaycan millisi və 26-cı pillədə qərarlaşan kişilərdən ibarət yığma 2024-cü ildə (17 may-16 iyun) keçiriləcək Qızıl Avropa Liqasında qüvvələrini sınayacaqlar. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin millisi mübarizə aparacaq. Yeni reqlamentə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutanlar “dördlər finalı”na yüksələcəklər.
Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Makedoniya, Estoniya, Lüksemburq.
Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Austriya, Estoniya, Ukrayna.
Qadınların yarışında “dördlər finalı”nın ev sahibi Çexiya olacaq. Kişilərdə isə hələ ki ev sahibi bəlli deyil.
Bizi Facebook-da izləyin