Voleybol: Azərbaycan millisinin yekun heyəti açıqlanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.
Komanda.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda 14 oyunçu yer alıb:
Hücumçular: Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;
Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;
Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva
Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova;
Baş məşqçi: Faiq Qarayev.
Köməkçi məşqçilər: Famil Ağayev, Emin Əbilov, Sinişa Popek.
Yığma mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya yığmalarıdır.
Bizi Facebook-da izləyin