“Yuventus” onu Vlahoviçin əvəzləyicisi kimi görür
“Vest Hem”in italiyalı hücumçusu Canluka Skamakka ölkəsinə qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” onu Duşan Vlahoviçin əvəzləyicisi kimi nəzərdən keçirir.
Öncədən Skamakkanın “Roma”da çıxış etmək istəməsi ilə bağlı xəbər vermişdik. “Milan”ın da onu transfer etmək istədiyi bildirilirdi.
Skamakka 2022/23 mövsümündə “Vest Hem”in heyətində 27 oyuna çıxıb və 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin