Premyer Liqanın ən yaxşısı müdafiəçi oldu
İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi Vircil van Dayk 2018-2019-cu il mövsümünün ən yaxşı futbolçusu olub.
Bu mövsüm iştirak etdiyi 37 oyunda 4 qolla yadda qalan hollandiyalı futbolçu, bu mükafat uğrunda komanda yoldaşlarından Məhəmməd Salah, Sadio Mane, “Mançester Siti”dən Serxio Aquero, Bernardo Silva, Rahim Sterlinq, eyni zamanda, “Çelsi”dən Eden Hazardla yarışırdı.
Mükafatın qalibi azarkeşlər, 20 Premyer Liqa klubunun kapitanı və futbol mütəxəssislərinin səsverməsi ilə müəyyən olunur.
Keçən mövsüm bu mükafatın qalibi Məhəmməd Salah seçilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin