Vinisiusun qırmızı vərəqəsi ləğv olundu

İspaniya Futbol Federasiyası “Real”ın futbolçusu Vinisius Juniorun La Liqanın 35-ci turunda “Valensiya” ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edib.

Komanda.az xəbər verir ki, qarşılaşmanın baş hakiminin insident haqqında tam məlumata malik olmaması və matçın protokolunda epizodu düzgün qiymətləndirmədiyi səbəb kimi göstərilib.

Beləliklə, braziliyalı oyunçu bu gün “Rayo Valyekano” ilə görüşdə meydana çıxa biləcək.

Vinisius “Valensiya” ilə oyunda azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb. Qarşılaşmanın sonlarında rəqib futbolçularla davada iştirak edən vinger birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button