Vinisiusun “müştərilər”inin sayı artır

“Real”ın futbolçusu Viniçius Juniorun ətrafında vəziyyət getdikcə gərginləşir.

“Barselona” ilə keçirilən “el klasiko” (2:1) zamanı braziliyalı hücumçu əvəzlənməsinə emosional reaksiya göstərərək baş məşqçi Xabi Alonso və klub rəhbərliyini qəzəbləndirib. Bu hadisədən sonra onun komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər daha da güclənib.

Komanda.az “OK Diario”-ya istinadən xəbər verir ki, Vinisiusla maraqlanan klubların siyahısına PSJ və “Bayern” də əlavə olunub. O, “Real”dan ayrılmaq qərarı verərsə, hər iki klub transfer üçün real addımlar atmağa hazırdır.

Bununla yanaşı, braziliyalı vingerlə İngiltərənin aparıcı klubları da maraqlanır, həmçinin, Səudiyyə Ərəbistanından da təkliflərin olduğu bildirilir.

25 yaşlı futbolçunun “Real”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button