Vinisiusdan gələcəyi haqda suala bir cümləlik cavab
“Real”ın hücumçusu Vinisius Junior klubla müqavilənin mümkün uzadılması məsələsinə münasibət bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, qısa cavabla hər şeyə aydınlıq gətirib:
“Dünyanın ən yaxşı klubunda qalmaq istəyirəm”.
Daha əvvəl “Real”la 21 yaşlı futbolçunun 2026-cı ilə qədər nəzərdə tutulan müqaviləyə razılaşdığı bildirilirdi. Hücumçunun maaşı illik 3,2 milyon avrodan 10 milyona yüksələcək. Vinisiusun təzminatı 1 milyard avro təşkil edəcək.
Braziliyalı futbolçu ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 52 matçda 22 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin