“Latsio” rəsmisi tənqid etdi: “Verilən qərarlar sərtdir, futbolun bərpasına əngəl olur”
“Latsio”nun idman direktoru İqli Tare koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, çempionatın bərpası ilə bağlı verilən qərarları tənqid edib:
“İtaliya hökuməti tərəfindən verilən qərarlara hörmət edirik, lakin mayın 4-də məşqlərə başlaya bilərdik. Verilən qərarlarda ayrı-seçkilik hiss edilir. Futbolçuların idman mərkəzlərində təhlükəsiz şəkildə məşq etmələrinə imkan vermək əvəzinə, insanların parkda gəzməsinə icazə verilir. Çempionat iki aydır ki, dayandırılıb. Bu da liqanın bərpa olunmasını təşviq etmək üçün uzun müddətdir. Məqsədlərinin nə olduğunu bilmirəm, amma əminəm ki, futbola kömək etmək deyil. Verilən qərarlar sərtdir, futbolun bərpasına əngəl olur”.
Bizi Facebook-da izləyin