“Vaşaş”ın baş məşqçisi: “Neftçi” ilə oyundan razı qaldım”
Macarıstanın “Vaşaş” komandasının baş məşqçisi Elemer Kondas Antalyada “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, 60 yaşlı mütəxəssis 1:1 hesabı ilə başa çatan oyundan sonra klubun rəsmi saytına açıqlamasında üstün oyun nümayiş etdirdiklərini söyləyib:
“Neftçi”yə qarşı yaxşı oyun keçirdik, məqsədimizə mükəmməl şəkildə nail olduq. Hər iki hissədə məşqlərdə işlətdiyimiz elementləri həyata keçirdik. Həm birinci, həm də ikinci yarıda çoxlu qol imkanı yaratdığımız üçün şadam. Lakin şanslardan yararlanmaqda problemlər oldu. Birinci hissədə rəqibin vurduğu qoldan başqa qapıçımıza top gəlmədi. Əvəzində “Neftçi”nin qapıçısı bir neçə dəfə komandasını xilas etdi. Oyunda çox gözəl anlar yaşadıq, razı qaldım”.
Bizi Facebook-da izləyin