“Hər gün bu komandanın kapitanı olmağın xoşbəxtliyi ilə oyanıram”

“Real”ın müdafiəçisi Serxio Ramos, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Ayaks”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunun 37-ci dəqiqəsində “Ayaks”ın qolunun ləvğ olunmasından danışan 32 yaşlı futbolçu, videotəkrar (VAR) sisteminin tərəfdarı olduğunu deyib:

“Mən VAR sisteminin tərəfdarıyam. Bunun sayəsində futbol yavaş-yavaş daha ədalətli olacaq. Bu oyunda da bir qol ləğv olundu”.

“Real”ın heyətində 600-cü oyununa çıxan ispan müdafiəçi, bu barədə də danışıb:

“Bu rəqəmə çatmaq asan deyil. Ümid edirəm, bundan sonra daha çox forma geyinmək şansım olar. Hər gün bu komandanın kapitanı olmağın xoşbəxtliyi ilə oyanıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button