Van Dayk rekorda imza atıb

“Liverpul”un müdafiəçisi Vircil van Dayk Niderland yığmasının heyətində unikal nailiyyətə imza atıb.

Komanda.az xəbər verir ki, bu barədə “vi.nl” məlumat yayıb.

Noyabrın 17-də Litva millisi ilə keçirilən və 4:0 hesabı ilə başa çatan dünya çempionatının seçmə oyunu Van Dayk üçün xüsusi əhəmiyyət daşıyıb. O, Niderland yığmasında kapitan kimi 72-ci matçına çıxaraq rekorda imza atıb. Belə ki, Van Dayk 71 görüşdə kapitan olmuş Frank de Buru geridə qoyub.

Niderland millisində kapitan kimi ən çox oyun keçirən futbolçuların siyahısında ilk 10-luq belədir:

Vircil van Dayk – 72 oyun

Frank de Bur – 71 oyun

Rud Krol – 45 oyun

Rud Qullit – 41 oyun

Harri Denis – 37 oyun

Edvin van der Sar – 36 oyun

Yohan Kroyf – 34 oyun

Ronald Kuman – 33 oyun

Covanni van Bronkhorst – 33 oyun

Puk van Hel – 29 oyun

Van Dayk hazırda millinin tarixində kapitan kimi ən çox meydana çıxan futbolçu statusunu daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button