“Hər medal daha böyük məsuliyyət gətirir” – azərbaycanlı dünya çempionu

UWW (Dünya Güləş Birliyi) Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov haqqında yazıb.

Komanda.az xəbər verir ki, yazıda Süleymanovun idmançı karyerasına başlaması və əldə etdiyi uğurlara yer verilib.

Mətndə azərbaycanlı güləşçinin dünya çempionu olmasıyla bağlı fikirləri də qeyd olunub:

“İkinci dəfə dünya çempionu olduğum üçün şadam. Daha böyük uğurlar əldə etmək üçün çalışacam.

Hər medal daha böyük məsuliyyət gətirir. Rəqiblərim parter texnikamı, ayaq üstə mübarizə üsulumu bilirlər. Çalışacağam ki, belə çətin qələbələr qazanmamaq üçün bunları daha da yaxşılaşdırım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button