“Məni Xavi və İnyesta ilə müqayisə edəndə çox sevinirəm”

“Barselona”nın yarımmüdafiəçisi Pedri Xavi və Andres İnyesta ilə müqayisə edilməsinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Xavi və İnyesta ilə müqayisə ediləndə çox sevindiyini deyib:

“Məni Xavi və İnyesta ilə müqayisə edəndə çox sevinirəm. Uşaqlıqda onların oyununa, eləcə də Serxio Busketsə baxıb dəli olurdum. Amma onlar bütöv bir dövrü müəyyən edən və çoxlu kuboklar qazanan futbolçulardır. Mən hələ də onların səviyyəsindən uzağam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button