“Azarkeşlər məni sevməsələr də, PSJ-də qalacam” – Neymar
PSJ-nin hücumçusu Neymar Paris klubundakı gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçu PSJ-də qalacağına ümid etdiyini deyib:
“Ümid edirəm ki, gələn mövsüm PSJ-də qalacam. Mənim müqaviləm var, heç kim mənə başqa heç nə deməyib (gülür). Azarkeşlər məni sevməsələr də, sevgi ilə və ya sevgisiz, PSJ-də qalacam”.
Neymarın Fransa klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, 2017-ci ildə “Barselona”dan PSJ-yə keçib.
Futbolçu 2022/23 mövsümündə parislilərin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin