“Arzu edirəm ki, Xavi klubda qalsın” – “Barselona” rəsmisi
“Barselona”nın vitse-prezidenti Rafa Yuste etiraf edib ki, klub mövsüm başa çatdıqdan sonra komandanın baş məşqçisi Xavini işini davam etdirməyə razı salmağa çalışacaq.
Komanda.az AS-a istinadən xəbər verir ki, klub rəsmisi ispaniyalı məşqçini komandada qalmağa inandırmağa çalışacaqlarını bildirib:
“Ümid edirəm və arzu edirəm ki, Xavi klubda qalsın. Onunla uzunmüddətli layihəni müzakirə edirik və 1-2 mövsümdən danışmırıq. Biz Xavini klubda qalmağa inandırmağa çalışacağıq. Lakin hər şey ondan asılıdır”.
44 yaşlı mütəxəssis yanvar ayında mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Xavi 2021-ci ilin noyabrından kataloniyalıları çalışdırır.
“Barselona” La Liqanın turnir cədvəlində 30 matçdan sonra 67 xalla “Real”dan 5 xal geri qalaraq, 2-cidir.
Bizi Facebook-da izləyin