“Ümid edirəm ki, biz dünya kubokunu qazana biləcəyik” – İngilis futbolçu
İngiltərə millisinin yarımmüdafiəçisi Koul Palmer AÇ-2024-ün final oyununda İspaniya yığması ilə qarşılaşmadan danışıb.
Komanda.az “İTV Football”-a istinadən xəbər verir ki, o, komandasının 2026-cı ildə dünya çempionatının qalibi olacağına ümid etdiyini deyib:
“Dünya çempionatı iki ildən sonra baş tutacaq. Finalda o məğlubiyyət hissini xatırlamalıyıq. Ümid edirəm ki, biz dünya kubokunu qazana biləcəyik”.
22 yaşlı futbolçu dünən İspaniya yığması ilə AÇ-2024-ün final oyununda əvəzedici kimi meydana çıxıb. Yarımmüdafiəçi uzaq məsafədən vurduğu zərbə ilə hesabı bərabərləşdirməyi bacarsa da, sonradan Mikel Oyarzabalın qolu sayəsində ispanlar qələbə qazanıblar (2:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin