Ukraynalı futbolçu üçün 5 milyon avro ödədilər

İspaniyanın “Jirona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi ukraynalı yarımmüdafiəçi Viktor Çiqankovu heyətinə qatıb.

Kiyev “Dinamo”sunun yetirməsi İspaniya klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Jirona” bu transfer üçün “Dinamo”ya 5 milyon avro ödəyib.

Ukrayna millisinin də üzvü olan 25 yaşlı vinger 2016-cı ildən “Dinamo”nun əsas komandasında forma geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button