
“Uğursuzluğumuzun bir hissəsi yorğunluqla bağlıdır” – De Yonq
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq bazar günü La Liqanın səkkizinci turu çərçivəsində “Sevilya”ya 1:4 hesablı məğlubiyyətlə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uğursuzluğun səbəbinin yorğunluq olduğunu söyləyib:
“Yorğunluq? Bəli, düşünürəm ki, uğursuzluğumuzun bir hissəsi yığılmış yorğunluqla bağlıdır. Üç həftə ərzində yeddi oyun keçirmişik”.
Kataloniya klubu 19 xalla İspaniya çempionatının turnir cədvəlində ikincidir. Lider “Real”dır. “Barselona” oktyabrın 18-də 9-cu tur çərçivəsində doğma meydanda “Jirona”yla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



