UEFA Türkiyə klubunu cəzalandırdı
UEFA Türkiyənin “Başakşəhər” klubunu cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna Konfrans Liqasının Liqa mərhələsinin 2-ci turunun “Rapid”lə ev oyununda yaşananlar səbəb olub.
Sözügedən matçda “Başakşəhər”in azarkeşləri meydana yad əşyalar atıblar. UEFA Super Liqa təmsilçisini 8 min avro məbləğində cərimələyib. Həmçinin kluba Konfrans Liqasındakı növbəti ev oyununda tribunanın bir hissəsinin bağlanılması cəzası verilib.
“Başakşəhər” “Rapid”lə matçda 1:2 hesabı ilə uduzmuşdu. Komanda növbəti ev oyununu noyabrın 27-də “Petrokub”a qarşı keçirəcək. 3-cü turda isə Türkiyə təmsilçisini “Kopenhagen”lə səfər oyunu gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin