UEFA “Qarabağ”ın rəqibini 50 min avro cərimə edib
UEFA “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan İsveçin “Elfsborq” klubunu cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında məlumat paylaşılıb.
Allsvenskan təmsilçisi “Roma”ya qalib gəldikləri (1:0) 2-ci turun matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50 min avro ziyana düşüb.
Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. “Elfsborq”a 2 illik sınaq müddəti də qoyulub.
“Qarabağ” turnirin Liqa mərhələsində dekabrın 11-də “Elfsborq”un qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin